Yuxarı

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb
Hadisə yerinə xilasetmə qrupu, təcili tibbi yardım maşınları və polis göndərilib

Bakı. 24 iyun. REPORT.AZ/ Çində cənub-qərb vilayəti olan Sıçuanın Desi şəhərinin kəndlərindən birində 100-dən çox insan uzun müddət davam etmiş yağışlarla əlaqədar yaranan torpaq sürüşməsi nəticəsində uçqunlar altında qalıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Çjunqo sinvenvan" portalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə şənbə günü səhər olub. Hadisə yerinə xilasetmə qrupu, təcili tibbi yardım maşınları və polis göndərilib.

"CCTV" telekanalı isə sürüşmənin 40-a yaxın evi yararsız hala saldığını xəbər verib. 

Xəsarət alanların sayı dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi