Çin yeni nəsil telekommunikasiya peykini kosmosa buraxıb

Çin yeni nəsil telekommunikasiya peykini kosmosa buraxıb Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub
Digər ölkələr
6 Yanvar , 2017 06:56
Çin yeni nəsil telekommunikasiya peykini kosmosa buraxıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Çin yeni nəsil eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, buraxılış Sıçuan əyalətinin Siçan kosmodromundan həyata keçirilib.

Göyərtəsində kosmik aparat olan "Çançjen-3V" raket daşıyıcısı yerli vaxtla 5 yanvar 23:18-də start götürüb. Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi