​Çin və Tayvan liderləri 6 ildən sonra görüşüb

​Çin və Tayvan liderləri 6 ildən sonra görüşüb Dövlət televiziyasında biri-birinin əlini sıxan iki siyasətçinin kadrları yayımlanıb
Digər ölkələr
4 May , 2015 11:46
​Çin və Tayvan liderləri 6 ildən sonra görüşüb

Bakı. 4 may. REPORT.AZ/ Çin lideri Si Tszinpinlə Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının sədri, ölkəni idarə edən hökumətin rəhbəri Homindan Erik Çu arasında Pekində görüş keçirilib. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu son 6 ildə bu ilk görüşdür. Çinin dövlət televiziyasında iki siyasətçinin bir-birinin əlini sıxan kadrları yayımlanıb.

Xatırladaq ki, Tayvan 1949-cu ildə vətəndaş müharibəsi başa çatandan sonra Çindən ayrılıb. İndiyədək Çin bu adanı özünün əyaləti sayır. Bununla belə Çinlə Tayvan arasında iqtisadi münasibətlər Homindanın partıyası 2008-ci ildə hakimiyyətə gələndən sonra yaxşılaşıb. 

Son xəbərlər

Orphus sistemi