​Çin Tyantszində partlayış nəticəsində dağılan evləri satın alacaq

​Çin Tyantszində partlayış nəticəsində dağılan evləri satın alacaq Qərar yerli sakinlərin şikayətindən sonra qəbul olunub
Digər ölkələr
20 Avqust , 2015 06:01
​Çin Tyantszində partlayış nəticəsində dağılan evləri satın alacaq

Bakı. 20 Avqust. REPORT.AZ/ Çinin Tyantszin liman şəhəri hakimiyyəti ötən həftə baş verən güclü partlayış nəticəsində ziyan dəymiş evləri mənzil dəyərinin qiymətləndirilməsi aparıldıqdan sonra satın alacaq.

"Report" xəbər verir ki, bu barədə şəhər merinin müavini Szun Qoin məlumat verib.

Bu qərar öz evlərinə qayıtmaqdan imtina edən və onların pul müqabilində alınmasını istəyən yerli sakinlərin tələblərinə cavab olaraq qəbul olunub.

Avqustun 12-də baş verən partlayış nəticəsində, ümumilikdə 17 min ev təsərrüfatına bu və ya digər şəkildə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi