Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir

Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir Bakı. 17 noyabr. REPORT.AZ/ Çin ticarət siyasətini dəyişməyincə ABŞ hökuməti Çindən gələn mallara tətbiq edilən rüsumları saxlamaq və hətta yeni rüsumlar tətbiq etmək niyyətindədir.
Digər ölkələr
17 Noyabr , 2018 09:34
Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir

Bakı. 17 noyabr. REPORT.AZ/ Çin ticarət siyasətini dəyişməyincə ABŞ hökuməti Çindən gələn mallara tətbiq edilən rüsumları saxlamaq və hətta yeni rüsumlar tətbiq etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Papua-Yeni Qvineyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Forumunda bildirib.

"Çin kurusunu dəyişmədiyi müddətdə ABŞ da kursunu dəyişməyəcək. Çin ilə ticarət disbalansının aradan qaldırmaq üçün qəti tədbirlər görmüşük. Çindən gələn mallara olan gömrük rüsumlarını 250 milyard dollar məbləğində artırmışıq. Bu rəqəmi iki dəfədən də artıq artıra bilərik", - vitse-prezident deyib.

Son xəbərlər

Orphus sistemi