Yuxarı

Çin Şimali Koreya ilə hərbi əlaqələri sıfıra endirib

Çin Şimali Koreya ilə hərbi əlaqələri sıfıra endirib
Hazırda bizim KXDR ilə hərbi sahədə heç bir əlaqəmiz yoxdur
© Courtesy İmage

Bakı. 9 iyul. REPORT.AZ/ Çin Şimali Koreya ilə hərbi xətt üzrə əlaqələri sıfıra endirib.

"Report" xəbər verir ki, bu barədə "Asia Channel News" telekanalına müsahibəsində Çinin Müdafiə Nazirliyinin Təhlükəsizlik Məsələləri üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Çjou Bo məlumat verib.

"Xeyir, hazırda bizim KXDR ilə hərbi sahədə heç bir əlaqəmiz yoxdur. Həqiqətən də keçmişdə bizim çox əlaqə və mübadilələrimiz var idi. Amma indi bütün təmaslar sıfıra endirilib. Düşünürəm ki, bu, ikitərəfli münasibətlərdə səbəbi hamıya məlum olan ümumi dəyişiklikləri özündə əks etdirir", - deyə o bildirib.

Çjou Bonun sözlərinə görə, Çin BMT qətnamələrinə riayət edilməsinin vacibliyi problemi ilə bağlı beynəlxalq birliklə həmrəydir.

Bunda əvvəl ABŞ Dövlət Departamenti Çini KXDR-ya daha çox təzyiq göstərməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi