Çin rəsmisi Şimali Koreyaya xəbərdarlıq edib

Çin rəsmisi Şimali Koreyaya xəbərdarlıq edib Növbəti dəfə nüvə sınağını keçirsə, Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək
Digər ölkələr
12 Aprel , 2017 10:06
Çin rəsmisi Şimali Koreyaya xəbərdarlıq edib
Tass.ru

Bakı. 12 aprel. REPORT.AZ/ “Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U. Davey bildirib.

“Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, - deyə çinli diplomat vurğulayıb.

Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi