Yuxarı

Çin Qurban bayramı günlərində Qırğızıstan ilə sərhədi bağlayacaq

Çin Qurban bayramı günlərində Qırğızıstan ilə sərhədi bağlayacaq
Şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sərhəd keçid məntəqəsindən buraxılışı sentyabrın 6-da bərpa ediləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Qırğızıstan-Çin dövlət sərhədindəki keçid məntəqələri Çin tərəfinin təşəbbüsü ilə Qurban bayramı günlərində müvəqqəti olaraq bağlanacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumata görə, şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sərhəd keçid məntəqəsindən buraxılışı sentyabrın 6-da bərpa ediləcək.

Qeyd edək ki, Qırğızıstan və Çin arasında sərhəd xəttinin uzunluğu 1084 km təşkil edir və sərhəd xətti demək olar, tamailə ucqar dağlıq ərazilərdən keçir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi