Yuxarı

Çin Prezidentinin Fransaya səfərinə etiraz olaraq aksiya keçirilib

Çin Prezidentinin Fransaya səfərinə etiraz olaraq aksiya keçirilib

Çin Prezidenti Si Cinpinin martın 24-26-da Fransaya səfərinə etiraz olaraq aksiya keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bir qrup sakin yerli hakimiyyətin qadağalarına baxmayaraq Nitsa şəhərindəki Qaribaldi meydanına toplaşıb. 

Fransa polisi aksiya iştirakçılarını əhatəyə alaraq onlara dağılışmağı məsləhət görüb. Ancaq nümayişçiləri bunu rədd edib. Bundan sonra polis onları meydandan sıxışdırmağa başlayıb. Hadisə nəticəsində 1 qadının ağır xəsarət aldığı və 6 nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, “sarı jiletlilər” şənbə-bazar günləri üçün ölkənin müxtəlif şəhərlərinə növbəti etiraz aksiyalarını keçirməyi planlaşdırıblar. Aksiyalar zamanı dəniz limanlarının da dayandırılması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi