Çin polisi internetdə silah alveri ilə məşğul olan 53 nəfəri yaxalayıb

Çin polisi internetdə silah alveri ilə məşğul olan 53 nəfəri yaxalayıb Aparılan əməliyyat zamanı 38 ədəd odlu silah və 30 min güllə götürülüb
Digər ölkələr
4 Fevral , 2018 17:51
Çin polisi internetdə silah alveri ilə məşğul olan 53 nəfəri yaxalayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Çinin hüquq-mühafizə orqanları Ankan qəzasında (Şensi əyaləti) internet vasitəsi ilə qanunazidd silah ticarəti ilə məşğul olmaqda ittiham edilən 53 nəfəri tutub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Global Times" qəzeti yazıb.

İstintaqın məlumatlarına görə, saxlanılanların hamısı eyni kriminal qrupa aiddirlər. Onun aradan qaldırılması üçün aparılan əməliyyat zamanı 38 ədəd odlu silah və 30 min güllə aşkar edilərək götürülüb.

Polisin bildirdiyinə görə, canilər qanunsuz faliyyətlə 2017-ci ilin əvvəlindən azı 20 şəhərdə optik avadanlıq adı altında məşğul olmağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi