​Çində katerin qəzaya uğraması nəticəsində 20 nəfər itkin düşüb

​Çində katerin qəzaya uğraması nəticəsində 20 nəfər itkin düşüb Gəmi sahibi bildirib ki, kater çayda sınaq məqsədi ilə üzüb
Digər ölkələr
16 Yanvar , 2015 06:33
​Çində katerin qəzaya uğraması nəticəsində 20 nəfər itkin düşüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Çinin Szyans əyalətində Yansızı çayında katerin qəzaya uğraması nəticəsində təqribən 20 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

İlkin məlumata görə, katerin göyərtəsində İndoneziya, Yaponiya və Fransadan təqribən 8 əcnəbi vətəndaş olub.

Gəmi sahibi bildirib ki, kater çayda sınaq məqsədi ilə üzüb.

Xilasedicilər axtarış işlərinə başlayıblar və artıq üç nəfəri tapmaq mümkün olub.

Son xəbərlər

Orphus sistemi