Yuxarı

Çin məhkəməsi Kanada vətəndaşı barədə ölüm hökmü çıxarıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Çin məhkəməsi narkotik maddə qaçaqmalçılığına görə Kanada vətəndaşı Robert Lloyd Şellenberq barəsində ölüm hökmü çıxarıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məhkəmə onun Çindəki var-dövlətinin müsadiə edilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, Çində dekabrın 1-i "Huawei"in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən sonra Kanadanın 13 vətəndaşı saxlanılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi