​Çində kütləvi intihar aktının qarşısı alınıb

​Çində kütləvi intihar aktının qarşısı alınıb Qrup hökumət binasının damından aşağı tullanmağı planlaşdırıb
Digər ölkələr
4 Yanvar , 2015 20:55
​Çində kütləvi intihar aktının qarşısı alınıb
Bakı. 4 yanvar. REPORT.AZ/ Çin polisi aldadılmış əmanətçilərin qrup şəklində intihar etmək aktının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Bazar günü səhər, Şansi əyalətinin şimalında yerləşən Şoçjou şəhərində 12 nəfərin intihar etməsinin qarşısı alınıb", - deyə məlumatda bildirilir.

Qrup səhər saat 10 radələrində hökumət binasının damından aşağı tullanmağı planlaşdırıb. Məmurlar, polislər və yanğınsöndürənlər hadisə yerinə gələrək cəhdin qarşısını alıblar.

İnsanların bu cür addım atmasına "Shanxi Heli" verçur kapitalı şirkəti rəhbərinin onların pulunu mənimsəyərək qaçması səbəb olub.

Son xəbərlər

Orphus sistemi