Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazi sularına daxil olub

Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazi sularına daxil olub Yaponiyanın Sahil Mühafizəsi onlara qarşı tədbir görməyib
Digər ölkələr
22 Yanvar , 2017 10:02
Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazi sularına daxil olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Çinin üç gözətçi gəmisi Yaponiyanın da iddia etdiyi mübahisəli Senkaku adaları (Dyaoyuydao) sularına daxil olub.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, Çin gəmiləri təqribən iki saat mübahisəli zonada qalıb. Həmin ərazidə keşik çəkən Yaponiya gəmiləri onlara qarşı heç bir tədbir görməyib. Çin gəmiləri sonuncu dəfə bu əraziyə yanvarın 8-də daxil olub.

Çin və Yaponiya arasında Senkaku ilə bağlı ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokionun bu adaları şəxsi sahiblərindən aldığını birtərəfli qaydada elan etməsindən sonra kəskinləşib.

Son xəbərlər

Orphus sistemi