Çin "Bir ailə - bir uşaq" siyasətini ləğv edir

Çin "Bir ailə - bir uşaq" siyasətini ləğv edir Qərar rəsmi qəbul olunub, ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək
Digər ölkələr
29 Oktyabr , 2015 15:54
Çin Bir ailə - bir uşaq siyasətini ləğv edir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Çin hökuməti təxminən 40 il qüvvədə olan "Bir ailə - bir uşaq" qaydasını ləğv etmək qərarına gəlib. 

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu qərar Pekində ÇKP MK-nin dördgünlük sessiyasının yekununda qəbul edilib. Ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək.

Qaydanın ləğvi haqqında məsləhətləşmələr son illər ərzində aparılıb. 

2013-cü ilin sonunda Çin hökuməti məhdudiyyəti bir qədər yumşaldıb - ana və ya ata ailədə yeganə uşaq olduğu halda, onların ikinci uşağı dünyaya gətirməsinə icazə verilib. 

Son xəbərlər

Orphus sistemi