Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb

Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və göyərtəsində 38 nəfər daşıyan Hercules C130 hərbi təyyarəsi Antarktidaya uçarkən radarlardan itib.
Digər ölkələr
10 Dekabr , 2019 10:13
Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb

Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və göyərtəsində 38 nəfər daşıyan "Hercules C130" hərbi təyyarəsi Antarktidaya uçarkən radarlardan itib.

"Report" TASS-a istinadən xəbər verir ki, Çili HHQ mətbuat xidmətinin yaydığı məlumatda təyyarənin dünən gecə Bakı vaxtı ilə saat 00:55-də havaya qalxdığı, 01:13-də isə təyyarə ilə əlaqənin itdiyi bildirilib.

Göyərtəsində 38 nəfərin - 17 ekipaj üzvü21 sərnişinin olduğu təyyarə qəzaya uğramış kimi qəbul olunur. Çünki hazırda axtarışlar nəticə verməyib və təyyarədəki yanacağın qurtarması ehtimal edilir.

Axtarışlara təyyarə və gəmilər cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi