Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub

Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
7 İyun , 2017 02:26
Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub

Bakı. 7 iyun. REPORT.AZ/ Çilinin Argentina və Boliviya ilə sərhədində yerləşən şimal hissəsində 5,5 maqnitudalı zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Çilinin Kalama şəhərinin 53 kilometr cənubunda, 150 minə yaxın insanın yaşadığı ərazidə olub. Zəlzələnin ocağı yerin 116 km. dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi