Yuxarı

Çilidəki etirazlar zamanı təxminən min beş yüz nəfər saxlanılıb

​Çilidəki etirazlar zamanı təxminən min beş yüz nəfər saxlanılıb

Çilidə keçirilən etiraz aksiyaları zamanı təxminən 1,5 min nəfər saxlanılıb.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə “BioBioChew” radiosu ölkənin baş prokurorluğuna istinadən məlumat yayıb.

Paytaxt Santyaqo bölgəsində hüquq-mühafizə orqanları 614 nəfəri, ölkənin digər şəhərlərində isə 848 vətəndaşı saxlayıb.

Bir neçə gündür davam edən etirazlar nəticəsində beş nəfər həlak olub. Onlar supermarketlərin birində baş verən yanğın zamanı ölüb.

Ölkənin daxili işlər naziri Andres Çadvik bildirib ki, bazar günü gecə ölkə daxilində 103 ciddi zorakılıq aktı baş verib. 

Səhiyyə naziri Hayme Manyaliç bir gecədə 208 nəfərin yaralandığını söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi