Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib

Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib Çili hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin Antarktida istiqamətində uçan Hercules C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və sərnişinlərin vəfatı ilə əlaqədar dekabrın 14-i və 15-ini ölkədə matəm günləri elan edib.
Digər ölkələr
14 Dekabr , 2019 04:59
Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib

Çili hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin Antarktida istiqamətində uçan "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və sərnişinlərin vəfatı ilə əlaqədar dekabrın 14-i və 15-ini ölkədə matəm günləri elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Hökumət ölkənin Hərbi Hava Qüvvələrinin "Hercules C-130" təyyarəsində həlak olmuş 38 nəfərin xatirəsini yad etmək üçün ikigünlük matəmi elan edib", - deyə hökumətin mətbuat xidmətinin xəbərində bildirilir.

Qeyd edilir ki, həlak olanların əzizlərlərinə həmrəylik əlaməti olaraq bütün ölkə üzrə bayraqlar endiriləcək.

Çilinin Hərbi Hava Qüvvələrinin komandanı Alberto Merino daha əvvəl bildirib ki, "Hercules C-130" təyyarəsinin qalıqları Dreyk boğazında tapılıb. 

"Hercules C-130 "təyyarəsi Çilinin Punta-Arenas şəhərindən ölkənin Antarktidadakı bazasına uçurmuş.

Son xəbərlər

Orphus sistemi