Çilidə leysan yağışları nəticəsində 9 nəfər ölüb

Çilidə leysan yağışları nəticəsində 9 nəfər ölüb Bakı. 9 fevral. REPORT.AZ/ Çili prezidenti Sebastyan Pinyera cümə günü axşam ölkənin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfərin öldüyünü bildirib.
Digər ölkələr
9 Fevral , 2019 06:49
Çilidə leysan yağışları nəticəsində 9 nəfər ölüb

Bakı. 9 fevral. REPORT.AZ/ Çili prezidenti Sebastyan Pinyera cümə günü axşam ölkənin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfərin öldüyünü bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Pinyera bunu Kalama şəhərində jurnalistlərə deyib.

"Biz Loa əyalətində üç nəfərin ölümünü yaşamışıq, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub", – deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, məcrasından çıxan çaylar asanlıqla 820 evə ziyan vurub, daha 78 ev ciddi zədə alıb, 75-i isə tamamilə dağılıb.

Son xəbərlər

Orphus sistemi