Çilidə 720 min litrdən çox neft dağılıb - FOTO

Çilidə 720 min litrdən çox neft dağılıb - FOTO Bakı. 18 oktyabr. REPORT.AZ/ Çilinin Tyrera del Fueqo (Yanar torpaq) əyalətində Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrdən çox neft dağılıb.
Digər ölkələr
18 Oktyabr , 2018 12:38
Çilidə 720 min litrdən çox neft dağılıb - FOTO
AFP 2018 / Juan Mabromata
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Çilinin Tyrera del Fueqo (Yanar torpaq) əyalətində Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrdən çox neft dağılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "BioBio" radiostansiyası məlumat verib.

YPF-dən alınan məlumata görə, neft emalı zavodunun yaxınlığından axan yerli çayın, təxminən, 6 min kvadratmetr sahəsi çirklənib.

Yerli səlahiyyətli orqanlar fövqəladə vəziyyət rejimi elan edib, dağılma yerində Fövqəladə Hallar İdarəsinin Operativ Yardım Komitəsi fəaliyyət göstərir.

YPF qəzanın nəticələrinin aradan qaldırlmasına başlayıb. Hökumət orqanlarının bildirdiyinə görə, çayın təmizlənməsi bir neçə həftə davam edəcək.

Son xəbərlər

Orphus sistemi