Çili Maduronun yeni prezidentlik müddətini tanımır

Çili Maduronun yeni prezidentlik müddətini tanımır Bakı. 11 yanvar. REPORT.AZ/ Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq.
Digər ölkələr
11 Yanvar , 2019 08:49
Çili Maduronun yeni prezidentlik müddətini tanımır

Bakı. 11 yanvar. REPORT.AZ/ Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Roberto Ampuero deyib.

"Bu gün Venesuelada demokratiya üçün qara gündür. Bu gün Maduro Venesuela demokratiyası üzərində bir məzar daşı ucaldıb", - deyə Çinin Xarici İşlər Nazirliyi nazirin sözlərini sitat gətirib.

Ampuero "Lima qrupu"nun Venesuela ilə bağlı qəbul etdiyi bəyanata bir daha sadiq olduğunu bildirib.

O eyni zamanda qeyd edib ki, Çili hazırda olduğu kimi, Venesuela ilə münasibətləri aşağı səviyyədə saxlayacaq.

Daha əvvəl Peru Venesueladakı müvəqqəti işlər vəkilini geri çağırıb, həmçinin Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi