Çikaqoda atışma baş verib, ölən və yaralananlar var

Çikaqoda atışma baş verib, ölən və yaralananlar var Naməlum şəhərin cənub hissəsində insanlara atəş açıb
Digər ölkələr
18 Oktyabr , 2016 08:05
Çikaqoda atışma baş verib, ölən və yaralananlar var

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi şəhərin yanğın mühafizə xidmətinin rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.

Məlumata görə, naməlum şəhərin cənub hissəsində insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə 5 təcili yardım maşını göndərilib. 

Yaralılar xəstəxanalara yerləşdirilib.

Silahlı insidentin təfərrüatı barədə məlumat verilmir. Polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi