Çikaqo sakini "Facebook"da birbaşa yayım zamanı güllələnib

Çikaqo sakini "Facebook"da birbaşa yayım zamanı güllələnib Ölüm anını əks etdirən video sosial şəbəkələrdə yayılıb və 700 min dəfə baxılıb
Digər ölkələr
18 İyun , 2016 17:24
Çikaqo sakini Facebookda birbaşa yayım zamanı güllələnib

Bakı. 18 iyun. REPORT.AZ/ Çikaqo sakini 28 yaşlı Antonio Perkins "Facebook"da birbaşa yayım zamanı güllələnib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Çikaqo polisindən bildiriblər ki, güllə Perkinsin baş və boyun nahiyəsinə dəyib. 

Hadisə şəhərin qərb rayonlarından birində baş verib. 

Ölüm anını əks etdirən video sosial şəbəkələrdə yayılıb və 700 min dəfə baxılıb.

Bu son üç ayda Çikaqoda "Facebook" şəbəkəsində birbaşa yayım zamanı baş verən ikinci qətl hadisəsidir. 

Son xəbərlər

Orphus sistemi