Çexiyanın İsraildəki səfirliyi Qüdsə köçürülə bilər

Çexiyanın İsraildəki səfirliyi Qüdsə köçürülə bilər Bunu ölkə prezidenti Miloş Zeman deyib
Digər ölkələr
13 Sentyabr , 2018 04:50
Çexiyanın İsraildəki səfirliyi Qüdsə köçürülə bilər

Bakı. 13 sentyabr. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, diplomatik nümayəndəliyin köçürülməsi prosesi üç mərhələdən ibarət olacaq.

O qeyd edib ki, oktyabrda Qüdsdə Çexiyanın fəxri konsulluğu açılacaq. Bundan sonra orada "səfirliyin faktiki köçürülməsinədək digər Çexiya müəssisələri" açılacaq.

Bildirilir ki, Zeman Qüdsdə Çexiya diplomatik nümayəndəliklərinin konkret nə zaman açılacağı barədə məlumat verməyib.

Agentliyin məlumatına görə, ölkənin xarici siyasətini idarə edən Çexiya hökuməti bu planları təsdiq etməyib.

Son xəbərlər

Orphus sistemi