Yuxarı

Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib

Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib
Onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb
© David W Cerny/Reuters

Bakı. 19 yanvar. REPORT.AZ/ Çexiya parlamenti ölkənin baş nazir Andrey Babişi deputat toxunulmazlığından məhrum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb.

Çexiya polisi hər iki siyasətçini fırıldaqçılıqda şübhəli bilir.

2015-ci ildən etibarən davam edən istintaq A.Babişin şirkətinin Avropa İttifaqının iki milyon avro məbləğindəki subsidiyasını alması ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi