Çexiyada turist avtobusu maral ilə toqquşub, 5 nəfər yaralanıb

Çexiyada turist avtobusu maral ilə toqquşub, 5 nəfər yaralanıb Onlardan ikisinin vəziyyəti ağırdır
Digər ölkələr
5 May , 2017 02:21
Çexiyada turist avtobusu maral ilə toqquşub, 5 nəfər yaralanıb

Bakı. 5 may. REPORT.AZ/ Çexiyada turistləri daşıyan avtobusun maral ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Qeyd olunur ki, avtobusdakılar xarici turistlər olublar. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Toqquşmadan sonra avtobus yoldan çıxıb. Əldə edilən məlumatlara görə, onun içində 50 nəfər olub.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi