Çexiyanın qərbində Veyprti şəhərində qocalar evində baş verən yanğında 8 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “iRozhla” nəşri Səhiyyə nazirliyinin rəsmisi Prokop Volenikaya istinadən məlumat yayıb.
Qeyd olunub ki, yanğın səhər yerli vaxtla 6:00 da (Bakı vaxtı ilə saat 09:00) baş verib.
Xəsarət alan üç nəfərin vəziyyəti ağırdır. Ümumilikdə isə qocalar evindən 29 nəfər təxliyə olunub.