Yuxarı

Çexiyada tramvayla trolleybus toqquşub, 40 nəfər yaralanıb

Çexiyada qəza: 40 nəfər yaralanıb, 5-i reanimasiyaya yerləşdirilib

Çexiyanın cənub-şərqində yerləşən Brno şəhərində tramvayla trolleybusun toqquşması nəticəsində 40 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Milli xilasetmə və yanacaq xidməti yayıb.

Bildirilib ki, yaralıların 5-i reanimasiyaya yerləşdirilib.

Qəzanın səbəbi araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi