Çexiyada kömür mədənində partlayış nəticəsində ölən və yaralananları sayı artıb - YENİLƏNİB

Çexiyada kömür mədənində partlayış nəticəsində ölən və yaralananları sayı artıb - YENİLƏNİB Bakı. 21 dekabr. REPORT.AZ/ Çexiyada kömür mədənində metan partlayışı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, daha 11 nəfər də xəsarət alıb.
Digər ölkələr
21 Dekabr , 2018 13:40
Çexiyada kömür mədənində partlayış nəticəsində ölən və yaralananları sayı artıb - YENİLƏNİB

Bakı. 21 dekabr. REPORT.AZ/ Çexiyada kömür mədənində metan partlayışı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, daha 11 nəfər də xəsarət alıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, mədənin sahibi “OKD” şirkəti ölkənin şimal-çərqində Karvina şəhəri yaxınlığında baş vermiş hadisədə ölənlərdən 11 nəfərin və xəsarət alanların da əksəriyyətinin Polşa vətəndaşı olduğunu bildirib.

Ərazidə cəmi 23 mədən işçisi çalışırmış, onlardan yalnız iki nəfəri yerli vətəndaş olub.

Hadisə yerinə Çex Respublikası və Polşa baş nazirləri Andrey BabişMateuş Moravetski yola düşüblər.


*** 06:34

Çexiyanın ČSM-şimal mədənində metan qazının partlaması nəticəsində 1 nəfər ölüb, daha 10-u yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə OKD şirkətinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, daha 10 nəfərin aqibəti barədə məlumat yoxdur.

Hazırda mədəndə bütün işlər dayandırılıb. Xilasedicilər insanları mədəndən çıxarmağa çalışırlar.

Yerli KİV-in məlumatına görə isə, partlayış nəticəsində 5 nəfər ölüb.

Daha əvvəl Çexiyada mədəndə partlayış nəticəsində 4 nəfər ölmüşdü.

Son xəbərlər

Orphus sistemi