Yuxarı

Çexiya Avropa İttifaqında işsizliyin ən aşağı səviyyədə olduğu ölkədir

Hazırda bazarda 150 minə yaxın işçi qüvvəsi çatışmır

Bakı. 14 fevral. REPORT.AZ/ Avropa İttifaqında işsizliyin ən aşağı səviyyədə olduğu ölkə Çexiyadır.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi sözügedən sahənin ekspertlərinə istinadən Praqanın "Novinky" portalı yazıb.

Məlumata görə, hazırda ölkədə işsizlik səviyyəsi 3,5 faizdir və bu, iqtisadiyyatda problemlərə gətirib çıxarır. Çünki firma və müəssisələr həm ixtisaslı, həm də ixtisassız işçi çatışmazlığından ciddi əziyyət çəkirlər və bu, tədricən istehsalın artmasına ciddi əngəl törədir.

"Eurostat" statistika agentliyinin məlumatına görə, 2017-ci il yanvar ayının əvvəlində Çexiyada işsizlik 3,5 faiz təşkil edib. Statistikaya görə, ikinci yerdə Almaniya (3,9), üçüncü yerdə isə Macarıstan və Malta (4,5) qərarlaşıb.

Respublikanın İqtisadi Palatasının araşdırmalarına görə, hazırda bazarda 150 min nəfərə yaxın işçi qüvvəsi çatışmazlığı var və bu səbəbdən firma və müəssisələr yeni sifarişlərdən imtina etməli olurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi