Ostrava şəhərindəki xəstəxanada atəş açan şəxs intihar edib - YENİLƏNİB

Ostrava şəhərindəki xəstəxanada atəş açan şəxs intihar edib - YENİLƏNİB Çex Respublikasının Ostrava şəhərinin xəstəxanasının qəbul otağında atəş açaraq 4 nəfəri qətlə yetirən naməlum şəxs baş nahiyyəsindən özünü vurub.
Digər ölkələr
10 Dekabr , 2019 14:28
Ostrava şəhərindəki xəstəxanada atəş açan şəxs intihar edib  - YENİLƏNİB

Çex Respublikasının Ostrava şəhərinin xəstəxanasının qəbul otağında atəş açaraq 4 nəfəri qətlə yetirən naməlum şəxs baş nahiyyəsindən özünü vurub.

“Report” BBC-yə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis şübhəlini yaxınlıqda dayanan avtomobildə özünü vuraraq ölü vəziyyətdə aşkar edib.

Polisin bildirdiyinə görə, hadisəni törədən şəxs “Renault Laguna” tipli avtomobillə həmin yerdən uzaqlaşıbmış.

***12:42

Çex Respublikasının şimal-şərqində yerləşən ikinci böyük şəhəri Ostravanın şəhər xəstəxanasında bu gün səhər tezdən naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri (bəzi məlumatlara görə altı nəfəri) qətlə yetirib, daha 2 nəfər ciddi yaralanıb.

“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə polisin regional sözçüsü Pavla Yurouskova İctimai TV “Ceska Televize”yə (İctimai TV) bildirib.

O, hadisə yerinə polisin cəlb olunduğunu, 180 sm boyunda, qırmızı gödəkcədə olan şübhəlini axtardıqlarını deyib.

Daxili işlər naziri Yan Hamaçek məsələni çevik polisin araşdırdığını, hələlik təfərrüatlar barədə danışmağın tez olduğunu açıqlayıb.

Hadisədən sonra yaxınlıqda yerləşən universitet bağlanıb.

Son xəbərlər

Orphus sistemi