ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da ikinci təyyarə qəzası baş verib.
Digər ölkələr
24 Fevral , 2019 05:26
ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da ikinci təyyarə qəzası baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Massaçusets ştatında qeydə alınıb.

Mensfild aeroportu ərazisində yüngül mühərrikli "Cessna 172" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Həmçinin bildirilir ki, təyyarə yerə düşən vaxtı partlayıb və yanıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, ABŞ-da ikinci təyyarəsi qəzasıdır. Daha əvvəl "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi