​Cənubi Sudanda vəbadan ölənlərin sayı 21 nəfərə çatıb

​Cənubi Sudanda vəbadan ölənlərin sayı 21 nəfərə çatıb Xəstəliyə yoluxanların sayı 600 nəfərə yaxınlaşır
Digər ölkələr
3 Avqust , 2016 03:25
​Cənubi Sudanda vəbadan ölənlərin sayı 21 nəfərə çatıb

Bakı. 3 avqust. REPORT.AZ/ Cənubi Sudanda baş qaldıran vəba xəstəliyi qurbanlarının sayı 21 nəfərə çatıb, ona yoluxanların sayı isə 600 nəfərə yaxınlaşır.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Ümumdünya Səhiyyə Təşkilatının məlumat verib ki, iyul ayının sonlarına olan vəziyyətə görə, Cənubi Sudanda vəbanın baş qaldırması 21 nəfərin ölümü ilə nəticələnib. 586 yoluxma halı barədə məlumat daxil olub. Orta hesabla, xəstəxanalara gündə 35 nəfər yerləşdirilir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi