Bakı. 30 mart. REPORT.AZ/ Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın Henin həbsi barədə qərar verib.
"Report" xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq sabiq prezidentin ünvanına irəli sürdüyü ittiham ilə razılaşmış olub. Onların arasında əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə oldu.