Cənubi Koreyada tayfun səbəbindən hava limanlarında uçuşlar təxirə salınıb

Cənubi Koreyada tayfun səbəbindən hava limanlarında uçuşlar təxirə salınıb Cənubi Koreyada yaxınlaşan “Mitaq” tayfunu ilə bağlı 680 təyyarə reysi təxirə salınıb.
Digər ölkələr
2 Oktyabr , 2019 15:35
Cənubi Koreyada tayfun səbəbindən hava limanlarında uçuşlar təxirə salınıb

Cənubi Koreyada yaxınlaşan “Mitaq” tayfunu ilə bağlı 680 təyyarə reysi təxirə salınıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, hazırda Cecu-do adasının qərbindən keçərək 30 kilometr/saat sürətilə Koreya yarımadasına doğru hərəkət edən tayfuna görə həmçinin adıçəkilən adadan Busan limanına 69 gəmi reysi ləğv edilib, milli parklarda 500-dən artıq piyada yolu bağlanılıb.

Bundan əlavə, bir sıra yerli festivalı da təxirə salmaq lazım gəlib.

Milli Fövqəladə Halları İdarəetmə Agentliyinin (NEMA) məlumatına görə, indiyədək tayfunun törətdiyi fəsadlarla bağlı üç nəfər yüngül xəsarət alıb, 27 nəfərin evləri dağılıb və ya su altında qalıb, 13 məktəbi su basıb, 47 yaşayış evi, bəzi istixana və anbarlara ziyan dəyib, bəzi yerlərdə su təchizatı kəsilib.

Son xəbərlər

Orphus sistemi