Cənubi Koreyada Kim Çen Inın martın sonunda gələcəyini gözləyirlər

Cənubi Koreyada Kim Çen Inın martın sonunda gələcəyini gözləyirlər Prezident iqamətgahında Şimali Koreya liderinin Seula mümkün səfərinə hazırlıqlar davam edir
Digər ölkələr
22 Yanvar , 2019 12:15
Cənubi Koreyada Kim Çen Inın martın sonunda gələcəyini gözləyirlər
AP
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ Cənubi Koreya hökuməti bu il mart ayının sonunda Şimali Koreya lideri Kim Çen Inı Seulda qəbul etməyə hazırlaşır.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Cənubi Koreya mətbuatı yazır ki, Prezident iqamətgahında Şimali Koreya liderinin Seula mümkün səfərinə hazırlıqlar davam edir.

Qeyd olunur ki, ABŞ-KXDR sammiti fevralın sonuna təyin edilsə, onda Kim Çen Inın Seula səfəri həqiqətən mart ayının sonlarında təşkil oluna bilər.

Daha əvvəl Donald Tramp və Kim Çen In arasında görüşün fevralın sonlarında, ehtimal ki, Vyetnamda keçirilməsinin planlaşdırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi