Cənubi Koreyada iğtişaşlar nəticəsində 3 nəfər ölüb

Cənubi Koreyada iğtişaşlar nəticəsində 3 nəfər ölüb Sonuncu şəxs xəstəxanada vəfat edib
Digər ölkələr
11 Mart , 2017 05:43
Cənubi Koreyada iğtişaşlar nəticəsində 3 nəfər ölüb

Bakı. 11 mart. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seulda sabiq prezident Pak Kın Xe tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report" xəbər verir ki, 74 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl ölənlərin iki nəfər olduğu bildirilirdi.

Martın 10-da Cənubi Koreya Konstitusiya Məhkəməsinin 8 hakiminin hamısı parlamentin prezident Pak Kın Xenin impiçmenti barədə qərarını dəstəkləyib. Məhkəmənin qərarı elan olunduqdan dərhal sonra Seulda bundan narazı nümayişçilərin iğtişaşı baş verib.

60 gündən sonra yeni dövlət başçısı seçiləcək.

Son xəbərlər

Orphus sistemi