Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı Cənubi Koreyada koronavirusa 31 yeni yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
20 Fevral , 2020 06:25
Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada koronavirusa 31 yeni yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 82 nəfərə çatıb.

Qurum qeyd edib ki, 30 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. Seuldan gələn bir nəfərdə də analizlərin cavabı müsbət olub.

Yoluxanların 23-ü eyni kilsəyə gedən şəxslərdir. İki nəfər isə xəstəxanada yoluxub.

Son xəbərlər

Orphus sistemi