Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı Cənubi Koreyada koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 30 nəfərə çatıb.
Digər ölkələr
17 Fevral , 2020 06:52
Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 30 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı xəbər verib.

Yeni yoluxan 68 yaşlı qadındır. Onun həyat yoldaşı da virusa yoluxmuşdu. Hazırda qadın Seul universitetinin nəzdinə fəaliyyət göstərən xəstəxanada müalicə alır.

Son məlumatlara görə, Cənubi Koreyada doqquz nəfər virusdan sağalıb, 21 nəfər isə hələ də müalicə olunur. Digər 408 nəfər virusla bağlı yoxlamadan keçirilir.

Son xəbərlər

Orphus sistemi