Bakı. 3 dekabr. REPORT.AZ/ Sarı dənizin İnchon şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Axtarış və xilasetmə əməliyyatında 4 vertolyot və 14 gəmi iştirak edir.
Hadisə nəticəsində həmçinin iki nəfər itkin düşüb. Hadisə zamanı gəmidə 22 nəfər olub. Zərərçəkənlərin vəziyyəti ağırdır.
***08:35
Sarı dənizin İnchon şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində yeddi nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Gəmidə 22 nəfər olub, iki nəfər itkin düşüb. Zərərçəkənlərin vəziyyəti ağırdır.
Axtarış və xilasetmə əməliyyatında 4 vertolyot və 14 gəmi iştirak edir.