Yuxarı

Cənubi Koreya Rusiyanı hava məkanını pozmaqda ittiham edib

Cənubi Koreya Rusiyanın onun hava məkanının pozduğunu elan edib

Rus hərbi təyyarəsi Cənubi Koreyanın Yaponiya dənizi ətrafındakı hava məkanını iki dəfə pozub.

"Report" xəbər verir ki, bu barədə “Renhap" Koreya Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinə istinadən məlumat yayıb. 

Agentliyin məlumatına görə, cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb və xəbərdarlıq atəşi açılıb.

Yanvar ayında İsveç Silahlı Qüvvələri Rusiya təyyarələrinin guya ölkənin cənub sərhədinin hava məkanını pozduğunu bildirmişdi.

Daha sonra Rusiya Müdafiə Nazirliyi İsveçin sərhədlərin "pozulması" barədə açıqlamasını rədd etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi