Yuxarı

Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib

Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib
Pak Kın-Xe konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu islahat iki müddət  dalbadal prezident postunda qalmağa imkan verəcək. 

Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib. 

Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi təşəbbüsü şərh edərkən vurğulayıb ki, islahat keçiriləcək olsa da, Pak Kın-Xe özü bundan yararlana bilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi