Yuxarı

Cənubi Koreya prezidenti BMT-dən KXDR-dəki nüvə poliqonunun bağlanmasını nəzarətdə saxlamağı xahiş edib

Cənubi Koreya prezidenti BMT-dən KXDR-dəki nüvə poliqonunun bağlanmasını nəzarətdə saxlamağı xahiş edib
Mun Çje İn BMT baş katibini həmçinin Koreya sammitində əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb
© AP

Bakı. 1 may. REPORT.AZ/ Cənubi Koreya Prezidenti Mun Çje İn BMT-nin Baş katibi Antoniu Quterrişə müraciət edərək ondan KXDR-in nüvə poliqonunun bağlanılmasını nəzarətdə saxlamağə xahiş edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti BMT baş katibini həmçinin Koreya sammitində əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb.

"BMT-nin Baş Assambleya və ya Təhlükəsizlik Şurası vasitəsilə Phanmuncom Bəyannaməsini dəstəkləyən bəyanatla çıxış etməsini istərdim", - Mun Çje İn bildirib.

Öz növbəsində, A.Quterriş Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyindən bu məsələdə əməkdaşlığa hazır olduqlarının vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi