Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib

Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib Məsələ ilə bağlı səsvermə dekabrın 9-da baş tuta bilər
Digər ölkələr
3 Dekabr , 2016 03:21
Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın müxalifət partiyası prezident Pak Kın Xenin impiçmenti haqqında qətnamə layihəsini parlamentin gündəliyinə daxil edib.

"Report" "Renxap"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə dekabrın 9-da baş tuta bilər.

Sənədi 171 deputat təsdiq edib. Onların sırasına bütün 3 müxalifət partiyasının qanunvericiləri, eləcə də parlament spikeri istisna olmaqla, müstəqil deputatlar daxildir.

Pak Kın Xe rəfiqəsi Çxve Sun Silin korrusiya işlərində iştirak etməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi