Yuxarı

Cənubi Koreya lideri hərbsizləşdirilmiş zonaya gedəcək

​Cənubi Koreya lideri hərbsizləşdirilmiş zonaya gedəcək

Cənubi Koreya lideri Mun Çje İn ABŞ prezidenti Donald Trampla danışıqlarda iki Koreya dövləti arasındakı hərbsizləşdirilmiş zonaya yola düşdüyünü bildirib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, Cənubi Koreya rəhbəri hərbsizləşdirilmiş zonada Amerika lideri ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında görüşə ümid edir.

"Mən də həmçinin bu gün sizi müşayiət edəcəyəm", - Mun Çje İn Trampa xitabən deyib.

Tramp və Mun Çje İn hərbi-demarkasiya xəttində Amerika liderinin Kim Çen Inla görüşü imkanlarını istisna etməyiblər.

"Əgər prezident Tramp hərbi-demarkasiya xəttində Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Inın əlini sıxsa, bu, artıq öz-özlüyündə böyük tarixi hadisə olacaq", - Mun Çje İn deyib.

Onun sözlərinə görə, bu əlsıxma hərbsizləşdirmə prosesinin tərəqqisi və Koreya yarımadasında möhkəm sülhün qurulması üçün çox böyük təməl daşı olacaq.

"Mən prezident Trampa və Kim Çen Ina danışıqlarda böyük irəliləyiş və səmərəlilik arzu edirəm", - Mun Çje İn əlavə edib.

ABŞ prezidenti Donald Tramp da bildirib ki, bazar günü Şimali Koreya lideri Kim Çen Inla görüşün olacağına ümid edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi