Cənubi Koreya KXDR ilə birbaşa danışıqlar üçün şərtlərini açıqlayıb

Cənubi Koreya KXDR ilə birbaşa danışıqlar üçün şərtlərini açıqlayıb Bakı. 27 noyabr. REPORT.AZ/ Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket-nüvə sınaqlarından əl çəkəcəyi təqdirdə rəsmi Pxenyanla birbaşa danışıqlara hazırdır.
Digər ölkələr
27 Noyabr , 2017 13:11
Cənubi Koreya KXDR ilə birbaşa danışıqlar üçün şərtlərini açıqlayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket-nüvə sınaqlarından əl çəkəcəyi təqdirdə rəsmi Pxenyanla birbaşa danışıqlara hazırdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin xüsusi elçisi Yon Gil Son bildirib.

"Sentyabrın 15-dən etibarən Şimali Koreya nüvə-raket sınaqlarını dayandırıb. Amma onların təxribatlarını hansı səbəbdən - texniki problemlərə görə, yoxsa ABŞ, Çin və Rusiyanın təzyiqi altında dayandırdığını bilmirik. İstənilən halda, bu, müsbət işarədir. Tendensiya davam etsə, KXDR ilə birbaşa danışıqlara hazırıq", - prezidentin xüsusi elçisi Seulda "Valday" klubunun sessiyasında deyib.

Eyni zamanda, Yon Gil Son sınaqların dayandırılmasının texniki problemlərlə bağlı olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi