Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb

Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb "Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk"
Digər ölkələr
20 İyun , 2018 12:33
Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb.

“Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, məlumatı iyunun 20-də Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb.

“Biz təlimləri təxirə salmaq barədə qərar qəbul etdik. Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk”, - nazirlikdən bildirilib.

Agentlik qeyd edib ki, “Taegeuk” adlı təlimlər 1995-ci ildən etibarən hər il Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında keçirilir. İndiyədək təlimlərin keçirilməsi heç vaxt təxirə salınmayıb. 

Son xəbərlər

Orphus sistemi