Cənubi Karolinada "Florensiya" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Cənubi Karolinada "Florensiya" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bakı. 9 sentyabr. REPORT.AZ/ Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster tropik Florensiya qasırğasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
9 Sentyabr , 2018 00:33
Cənubi Karolinada Florensiya qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster tropik "Florensiya" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qubernatorun sözlərinə görə, qasırğanın ştata nə vaxt çatacağı indi məlum deyil.

Qasırğaları İzləmə üzrə Milli Mərkəz xəbər verib ki, "Florensiya" saatda 11 kilometr sürətlə qərbə doğru irəliləyir. Qasırğa gələn həftənin sonunda istiqamətini şimal-qərbə doğru dəyişə bilər. Bundan başqa, onun sürətinin də arta biləcəyi gözlənilir.

"Küləyin maksimal gücü güclü qırılmalarla 100 km/saat olaraq qalacaq. Ehtimal ki, "Florensiya" bugünün sonunda güclənəcək. Çərşənbə axşamı qasırğanın episentrində 220 km/saata qədər tropik küləklərin olması gözlənilir", - deyə sinoptiklər proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi