Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı Olifantsfontein qəsəbəsində bu səhər işgüzar mərkəzlərin birində kimyəvi qaz partlayışı nəticəsində, təqribən, 50 nəfər yüngül və orta xəsarətlər alıb.
“Report” ANA-a istinadən xəbər verir ki, işgüzar mərkəzdə çalışanlar təxliyyə olunublar.
Hadisə yerinə həkim heyətləri cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Hazırda araşdırma aparılır.